Ələt-Astara magistralında avtomobil aşıb, xəsarət alanlar var

Ələt-Astara magistralında avtomobil aşıb, xəsarət alanlar var

 Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında yeni Ələt-Astara magistral yolunun 36-cı kilometrliyində, rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. 
Belə ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbə sakini 1975-ci il təvəllüdlü Qurbanov Mais Şahəddin oğlunun sürdüyü "Mercedes” markalı 01-BV-604 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirərək aşıb.
Qəza nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Qurbanova Aytən Füzuli qızı və Lənkəran sakini Ağayeva Mahirə Naib qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR