Elektron siqaret qadağan oluna bilər

Elektron siqaret qadağan oluna bilər

Azərbaycanda "Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsi müzakirəyə çıxarılacaq. 

Milli Məclisin əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan layihədə tütün məmulatlarının istehlakı ilə yanaşı, sulu qəlyanların da istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub. 

Aktual.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az-a açıqlamasında qeyd edib ki, sahibkarlar onlara yaradılan səlahiyyətdən istifadə edir: "Yaxşı olar ki, sulu qəlyanların istifadəsinin məhdudlaşdırılması siyahısına elektron siqaretləri də daxil edilsin. Sulu qəlyanın da başqa siqaretlər kimi insan orqanizminə ziyanı böyükdür. Çox təəssüf ki, Azərbaycanda sulu qəlyanla yanaşı elektron siqaretlər də irəliləyir. Məsələ çox vacibdir. Hətta təklif edilsin ki, elektron siqaretlə, sulu qəlyanın satışı dayandırılsın. Azərbaycandan çıxarılsın”. E.Hüseynov bildirib ki, sulu qəlyanın buxarı vasitəsi ilə insanlar daha təhlükəli xəstəliyə tutulur: "Tütün məhsulları çox xəstəliklərə yol açır. Ən təhlükəlisi isə ağ ciyər xərcəngidir. Tütünün tərkibində 5 minə kimi kimyəvi birləşmə var. O birləşmələr məlum olan və olmayan çox saylı xəstəliklər yaradır”. 
Xəbər 633 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR