Elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən vergi tutulacaq

Elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən vergi tutulacaq

Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycandakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10%-i miqdarında ödəmə mənbəyində vergi tutacaq.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik layihəsinin 125.1-ci maddəsinə 1-ci maddə əlavə edilir.

Qeyd edək ki, qanun layihəsi bu gün MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Xatırladaq ki, Məcəlləyə ümumilikdə 201 dəyişikliyin edilməsi nəzərdə tutulur. Bu, inzibati təkmilləşdirmə, uçot sistemi, vergi-hüquq qanunvericiliyi, vergi yükünün azaldılması və s. məsələləri əhatə edir. 
 
Aktual.az  

Xəbər 517 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR