Elektron poçt ünvanlarına yeni virus göndərilir — XƏBƏRDARLIQ

Elektron poçt ünvanlarına yeni virus göndərilir — XƏBƏRDARLIQ

Elektron poçt istifadəçilərini hədəf alan "SAGE 2.0” adlandırılan yeni ziyanverici aşkarlanıb.

Aktual.az  xəbər verir ki, Elektron Təhlükəsizlik Mərkəzindən APA-ya verilən məlumata görə, bu təhlükə "CryLocker” adlanan ziyanvericinin bir növü hesab olunur.

Ziyanverici elektron poçt ünvanlarına "EMAIL_[random_numbers]_recipient.zip” formasında göndərilir. 

Mesajın mövzu xanasında heç bir başlıq yazılmır və mesaj istifadəçinin spam qutusuna daxil olur. Spam "e-poçt” mesajı aşağıdakı şəkildə görünür:
 

Belə ki, ZİP formatında olan faylın içərisində "Microsoft Word” sənədləri və "JS” faylları mövcuddur. Bu fayllar ziyanverici skriptlərdən ibarətdir ki, əgər fayl kompüterə endirilərsə və açılarsa, ziyanverici işə düşərək kompüterdəki bütün fayl sənədlərini şifrələyəcək və fayllar ".sage” genişlənməsinə çevriləcək. 

Daha sonra istifadəçiyə bütün növ faylların (audio, video, məlumat bazası, şəkil) şifrələnməsi və bədniyyətlilərin köməyi olmadan onları geri qaytarmağın mümkünsüzlüyü barədə qeyd daxil olur.


Eyni zamanda, şifrələnmiş faylların deşifrə edilməsi üçün lazım olan məbləğin ödənilməsi məqsədilə keçidlər yerləşdirilir: "Lakin qeyd olunan məbləğin ödənilməsindən sonra faylların deşifrə olunmasına təminat verilmədiyindən, bu tələblə razılaşmaq tövsiyə olunmur. 

Hələ ki, şifrələnmiş faylların geri qaytarılması texnikaları müəyyənləşmədiyindən istifadəçilərə "e-poçt” hesablarına naməlum şəxs və ünvandan gələn əlavələri endirməmək və açmamaq tövsiyə olunur.

Eyni zamanda, kompüter istifadəçilərinə tövsiyə edirik ki, mütəmadi olaraq kompüterlərindəki vacib faylların ehtiyat nüsxəsini (backup) çıxarsınlar və bir başqa qurğuda saxlasınlar”.
 
Aktual.az
Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR