Ələkbərov Qazaxıstandakı səhmlərini Çinə satdı

Ələkbərov Qazaxıstandakı səhmlərini Çinə satdı

“Lukoil”in sahibi Vahid Ələkbərov Qazaxıstandakı bir sıra işlərindən geri çəkilib.

Aktual.az xəbər verir ki, “Lukoil” Qazaxıstanda bəzi yataqları istismar edən “Caspian İnvestment Resources” şirkətində olan 50 faiz payını Çinin “Sinopec” şirkətinə satıb.

“Caspian İnvestments Resources” şirkəti Qazaxıstanda 5 karbohidrogen - Akyubinsk vilayətində Alibekmola və Kojasay, Manqıstau vilayətində isə Karakuduk, Şimali Buzaçi və Arman yatağının istismarında iştirak edir. “Lukoil” bu yataqların işlənməsi layihəsinə 2005-ci ildən daxil olub, 2006-cı ildən etibarən isə 13 milyon ton neft və 300 milyon kub metr təbii qaz istehsal edib. 

İndi “Sinopec” “Caspian İnvestment Resources”un yeganə sahibi olacaq. 

Qeyd edək ki, Çin şirkəti 2011-ci ildə 50 faiz payı hindistanlı milyarder Lakşmi Mittaldan alıb. (axar.az)

 
Xəbər 565 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR