Türkiyədə atışma vaxtı xüsusi təyinatlı polislərin yaralı vəziyyətdə ələ keçirdikləri PKK terrorçusunun şəxsiyyəti böyük təəccüblə qarşılanıb.
Aktual.az Anspress-ə istinadən xəbər verir ki, Şırnak vilayətinin İdil rayonunda reyd keçirən xüsusi təyinatlı polislərlə PKK terrorçuları arasında atışma baş verib. Rayonun "Turqut Özal" məhəlləsində keçirilən reyd zamanı terrorçular iriçaplı silahlarla polis əməkdaşlarını atəşə tutublar. Polis əməkdaşlarının cavab atəşi ilə qarşı tərəf hadisə yerindən qaçsa da terrorçulardan biri yaralı olaraq ələ keçirilib.
Yaralı terrorçunun şəxsiyyəti isə təəccübə səbəb olub. Xəstəxanaya aparılan terrorçunun 33 yaşlı Nevaz Sakcak olduğu, İdil bələdiyyəsində işlədiyi bildirilir.