"Elə bilirdi ki, onun rolunu əlindən alacağam"


Aktrisa Məlahət Abbasova vaxtilə sənətdə qarşılaşdığı maneələrdən danışıb. O etiraf edib ki, həmkarlarından biri qısqanclığından nəinki səhnəni, qrim otağını belə onunla paylaşmaq istəməyib.

Aktual.az xəbər verir ki, Türkiyədə isə bunu ən dəhşətlisini görən Məlahət xanım gecce.az-a danışıb.

"Akademik Milli Dram Teatrında çalışdığım müddətdə bütün həmkarlarımla münasibətimiz yaxşı olub. Ələxüsus Firəngiz Mütəllibova, Bəsti Cəfərova, Zemfira Nərimanova ilə. Bu gün onlar üçün burnumun ucu göynəyir. 

O vaxtı teatra təzə gələndə Nəbi Xəzrinin bir əsəri tamaşaya qoyulurdu. Həsən Turabov demişdi ki, mənə bu tamaşada kiçik bir rol verəcək. Həsən müəllimin bu sözündən bir neçə gün sonra məni tamaşaya təsdiqlədilər. Tamaşada baş rolu aktrisa Sevil Abbasova oynayırdı. O elə bilirdi ki, onun rolunu əlindən alacağam. Məşhur vaxtlarım idi, onda belə bir xof yaranmışdı ki, əsas rolu ondan alıb mənə verəcəklər.

Məni qrimlənmək üçün onların otağına verdilər. Sevil istəmirdi ki, onlarla birlikdə eyni otaqda hazırlaşım. O, mənə deyirdi ki, get özünə başqa otaq tap, istəmirəm bizimlə olasan. Teatra yeni gəlmişdim, nə edəcəyimi bilmirdim. Dözməyib Həsən Turabovun yanına getdim. O dedi ki, mən nə desəm, o da olacaq. İndi həmin aktrisanın varlığından xəbər yoxdur. Mən sənət aləmində çəkişmələrə, qısqanclıqlara cox adi baxıram. Dünyanın hər yerində bu var. 

Türkiyədə bunun ən dəhşətlisini yaşadım. O zaman depressiyaya da düşdüm, səhərə qədər ağladığım günlər oldu. İş o yerə gəlib çatmışdı ki, teatrı tərk etmək istəyirdim. Amma apardığım mübarizə məni daha möhkəm etdi. Çünki Türkiyədə insanlar sıx olduğu qədər, rəqabət də çoxdur. Əsla təslim olmayacaqsan. Təslim olduğun zaman adın sənət dəftərindən silinəcək".

Xəbər 757 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR