Eldəniz Səlimov: "Bu, ölkə başçısı tərəfindən atılan ilk addım deyil" MÖVQE

Eldəniz Səlimov:

Bəlli olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Tarif Şurasının növbədənkənar iclası keçirildi və dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə şuranın iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırıldı. Beləliklə, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəldildi.
 
Ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığı əsasında atılan bu addım xalqımız tərəfindən də alqışlandı və ictimai rəy bir daha şahid oldu ki, ölkə başçısının əsas və prioritet məqsədlərindən biri də məhz xalqın sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Bir daha sübut olundu ki, Tarif Şurasının elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limit artırılması ilə bağlı qərar bir daha sübut etdi ki, Azərbaycan Prezidentinin daxili siyasətində əhalinin sosial müdafiəsi, sosial siyasət prioritet istiqamətdir və dövlət rəhbəri istənilən qərarı, fərmanı və göstərişində birinci növbədə Azərbaycan xalqının maraqlarını nəzər alır.
 
"Biz dövlət başçısının həssas məsələlərə necə diqqət göstərdiyinin dəfələrlə şahidi olmuşuq"
 
Bununla bağlı SİA-ya açıqlama verən Yeni Azərbaycan Partiyasından olan millət vəkili Eldəniz Səlimov qeyd etdi ki, nəticə etibarı ilə limitlərin artırılması bir tərəfdən əvvəlki qiymətlərlə istifadə edilən həm elektrik enerjisi, həm də mavi qazın həcminin artmasına xidmət edir: "Vətəndaşlar köhnə qiymətlərlə əvvəlki tariflərə nisbətən müqayisəli olaraq daha çox elektrik enerjisi və qazdan istifadə edə bilirlər. Eyni zamanda, limitin artırılması ondan istifadə edənlərin dairəsini genişləndirir. Bu da nə qədər artırsa, nəticə etibarı ilə imkan verir ki, daha çox ailəli vətəndaşlar bu limitlərdən istifadə edə bilsinlər".
 
"Məhz bu baxımdan, cənab prezidentin verdiyi tapşırıqlar, səsləndirdiyi fikirlər daim xalqın sosial rifahının yaxşılaşdırılmasına yönəlib"-deyə qeyd edən millət vəkilinin sözlərinə görə, xalqın maraqlarını müdafiə edən bu kimi qərar ölkə başçısı cənab İlham Əliyev tərəfindən atılan ilk addımı deyil.
 
"Prezident istənilən zaman xalqının yanındadır"
 
"Biz dövlət başçısının həssas məsələlərə necə diqqət göstərdiyinin dəfələrlə şahidi olmuşuq"-deyə vurğulayan deputatın sözlərinə görə, bu qərar uğurlu və təməlli addımlardan növbətisidir və təbii ki, bu, bütün Azərbaycan vətəndaşları tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Hesab edirəm ki, bundan sonra da xalqımız tam şəkildə əmin ola bilər ki, dövlət rəhbərimiz istənilən zaman onların yanındadır və qərarları ilə ölkə vətəndaşının sosial müdafiəsini və maraqlarını təmin edəcək".
 
Aktual.az
Xəbər 1208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR