Eldar Sabiroğlunun oğlu məhkəməyə aparılır

Eldar Sabiroğlunun oğlu məhkəməyə aparılır

Bir müddət əvvəl prokurorluq orqanlarından xaric edilən Zərdab rayon Prokurorluğunun müstəntiqi Rüfət Səfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət olunub.

Aktual.az xəbər verir ki, bu barədə APA-ya R. Səfərovun bibisi oğlu Mirsadıq Cəfərov məlumat verib.

Onun sözlərinə görə, R. Səfərovun ifadəsi alınıb: “Bizə bildirildi ki, Rüfətin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün prokurorluq təqdimat verib”.

R. Səfərovun vəkili isə bildirib ki, hazırda R. Səfərov Binəqədi rayon Məhkəməsinə aparılır. Məhkəmədə onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorluğun təqdimatına baxılacaq.

Qeyd edək ki, R. Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

Aktual.az

Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR