Eldar Ryazanov dəfn edildi

Eldar Ryazanov dəfn edildi
  • DÜNYA

Rusiyada, paytaxt klinikalarının birində vəfat edən kinorejissor Eldar Ryazanov Moskvada, Novodeviç qəbiristanlığında dəfn edilib.

Bu barədə Aktual.az AzVision.az-a istinadən xəbər verir.

Xalq Artistinin qəbri məşhur SSRİ diktoru Yuriy Leviatinin məzarı yaxınlığında

Qeyd edək ki, məşhur kinorejissor, SSRİ Xalq Artisti Eldar Ryazanov noyabrın 30-da 88 yaşında vəfat edib.
Rejissorun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Son vaxtlar səhhəti pisləşən E.Ryazanov beyin qan dövranının kəskin pozulması diaqnozu ilə ötən həftənin əvvəlində Moskvadakı Burdenko adına neyrocərrahiyyə institutuna yerləşdirilmişdi.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR