Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hərbi-tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Yaqubov Məzahir Şahbala oğlu tutduğu vəzifədən azad olunub. Bu barədə “AzPolitika”nı məlumatlandıran mənbə, DTX rəisi Mədət Quliyevin təxminən 10 gün əvvəl belə əmr imzaladığını bildirib.
M.Yaqubovun keçmiş MTN naziri Eldar Mahmudovun sinif yoldaşı və “kassalarından” biri olduğu haqda məlumatlar var. O, Eldar Mahmudovun nazirliyi dövründə kapitan rütbəsində bu vəzifəyə təyin olunmuş və 5 il sonra – 2013-cü ildə general-mayor rütbəsi almışdı.
Baxmayaraq ki, ixtisasca stomatoloq olan M.Yaqubov, 50 yaşına kimi mülki sahədə çalışmışdı. Ötən ilin 17 oktyabrından MTN-də başlayan “təmizləmə” əməliyyatının M.Yaqubovdan yan keçməsi və onun indiyədək öz vəzifəsində qalması təəccüb doğururdu.
// Aktual.az