Eldar Mahmudovun qudasından - Ağır etiraflar

Eldar Mahmudovun qudasından   - Ağır etiraflar

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Aktual.az trend-ə istinadən bildirir ki, prosesdə dövlət ittihamçısının suallarını cavablandıran C.Hacıyev Azərbaycan Beynəlxalq Bankdan ailə üzvlərinin adına 16 plastik kartla faizsiz kredit ayrılmasını etiraf edib. Bildirib ki, ailəsinin üzvləri həmin kredit kartlarından istifadə edib.

Proses avqustun 26-da davam etdiriləcək.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-c-ü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

----------

13:39

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə vəkillər Aqil Layicov və Fəxrəddin Mehdiyev məhkəmə tərkibinə etiraz ediblər. Bildiriblər ki, hazırlıq iclasının qərarında qaldırdıqları 6 vəsatətdən yalnız 2-si qeyd olunub. Bu da məhkəmənin obyektiv aparılmasına şübhə yaradır.

Digər təqsirləndirilən şəxslərin vəkilləri isə vəsatətləri müdafiə etməyiblər. Dövlət ittihamçısı vəsatətin əsaslandırılmadığını bildirib və buna görə də həmin vəsatətin baxılmamış saxlanılmasını istəyib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Sonra vəkil F. Mehdiyev vəsatət qaldırıb ki, C. Hacıyevlə müəyyən məsələləri məsləhətləşmək üçün vəkillərin yanında əyləşməsinə şərait yaradılsın. Bildirib ki, İstintaq Təcridxanasında C. Hacıyevə təzyiqlər olur: "Onun kamerası dəyişdirilərək məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürülüb və soyuducudan istifadədən məhrum edilib. Buna görə də o qidadan istifadə edə bilmir və günlərlə ac qalır. Məhkəmə buna münasibət bildirsin və problemin həllinə yardımçı olsun".

Vəkil A. Layicov da vəkilin vəsatətini təsdiqləyib.

Prosesdə dövlət ittihamçısı bildirib ki, C. Hacıyevin saxlanması Penitensiar Xidmətin daxili işidir. Prokuror C. Hacıyevin müttəhim kürsüsündən çıxarılaraq tribunada ifadə verməsinə etiraz etməyib.

Məhkəmə həmin vəsatəti də təmin etməyib.

Prosesdə ittiham aktı elan edilib və təqsirləndirilən şəxslər özlərini ittihamlarda təqsirli bilməyiblər.

Prosesdə fasilə elan edilib.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-c-ü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Aktual.az

Xəbər 7570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR