Eldar Mahmudovun oğurladığı pullar

Eldar Mahmudovun oğurladığı pullar

MTN-in sabiq rəhbərliyinin nəzarətində olan banklardan biri də “Zaminbank”dır.

Bu haqda xəbəri musavat.com yayıb. Xəbərdə bildirilir ki, bu banka nəzarəti əsasən MTN-in Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin sabiq rəis müavini, hazırda məhkəmənin hökmü ilə 3 aylıq həbs cəzası almış Füzuli Əliyev edirmiş. Onun qardaşı sözügedən bankda filial müdiri vəzifəsində çalışır.

Sayt yazır ki, “Zamin Bank” vasitəsilə Azərbaycandan hər gün qaçaq yollarla ən azı 50 milyon dollar nağd vəsait xaricə aparılır. Pulların MTN-in hava limanı şöbəsinin sabiq rəisi Pərviz Vəliyevin vasitəsi ilkə daşındığı iddia olunur. “İlkin məlumatlara görə, P.Vəliyevin işdən çıxarılması və saxlanılması Azərbaycandan qanunsuz və gizli şəkildə çıxarılan milyonlarla dollar vəsaitlə bağlıdır”.

Məlumatlı mənbənin iddiasına görə, MTN-in sabiq rəhbərliyi hava nəqliyyatı vasitəsilə indiyədək ölkədən qeyri-leqal yollarla 2 milyard pul çıxarıb.

// musavat.com

Xəbər 6650 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR