Millət vəkili Pakistan prezidenti ilə görüşüb

Millət vəkili Pakistan prezidenti ilə görüşüb

Millət  vəkili  Qənirə  Paşayeva  Pakistan  prezidenti ilə görüşüb və Pakistanla bağlı yazdığı kitabın ilk nüsxəsini ona təqdim edib.


  Azərbaycanda  səfərdə  olan  Pakistan  prezidenti Məmnun Hüseyn millət vəkili, Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq  Qrupunun üzvü Qənirə Paşayevanı qəbul edib. Görüş üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva  Pakistan  prezidenti ilə  Dövlət  başçımız İlham Əliyev arasında yüksək səviyyədə  keçirilən görüş və  müzakirələrin qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına böyük təkan verəcəyinə inandığını deyib. Pakistana səfəri zamanı onu qəbul edərək geniş zaman ayıran və Pakistanla bağlı yazdığı kitab üçün dəstəyini əsirgəməyən  Pakistan  prezidenti Məmnun  Hüseynə təşəkkürünü  bildirən Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva cənab prezident sizə söz vermişdim ki, Azərbaycana səfərinizə qədər kitab hazır olacaq və onun ilk nüsxəsini də sizə hədiyyə edəcəm deyib  və "Uzaqdakı ən yaxın - Pakistan" adlı yeni çapdan çıxmış kitabının ilk nüsxəsini Pakistan Prezidenti Məmnun Hüseynə bağışlayıb. O bildirib ki, gənc nəsillərimizin  qardaş  Pakistanı daha yaxından tanımasına imkan yaradacaq kitab Azərbaycan -Pakistan münasibətlərinə kiçik də olsa bir tövhə verərsə, bundan çox məmnun olar. Millət vəkili kitabların bütün ölkə kitabxana, univerisitet və KİV-lərinə  hədiyyə ediləcəyini və Pakistanın Milli Günündə Pakistanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə geniş təqdimatının olacağını da diqqətə çatdlrıb. Yüksək keyfiyyətlə hazırlanmış kitabı nəzərdən keçirən Pakistan prezidenti Məmnun Hüseyn kitabı çox bəyəndiyini deyərək millət vəkili Qənirə Paşayevanı təbrik edib və kitabın iki qardaş ölkə arasında münasibətlərin inkişafı üçün gözəl bir töhfə olduğunu deyib. Azərbaycan səfəri, Prezident İlham Əliyevlə görüşlərinə toxunan prezident Məmnun Hüseyn bu səfərdən sonra bütün istiqamətlərdə Azərbaycan-Pakistan münaisbətlərinin daha da inkişaf edəcəyini bildirib. Pakistan prezidenti Məmnun Hüseyn millət vəkili Qənirə Paşayevanı təkrar Pakistanda görməkdən böyük məmuniyyət duyacağını deyərək, onu dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva Pakistan mənim üçün çox doğma bir ölkədir və hər zaman ürəyimdədir və bundan sonra da hər zaman fəaliyyətimdə qardaş Pakistanla  münasibətlər xüsusi yer tutacaq deyib. Qeyd edək ki, "Uzaqdakı ən yaxın- Pakistan" kitabı Pakistanın görkəmli filosof-şairi Muhammad İqbalın "Əvvəl dostluq, qardaşlıq, sonra Yol" düşüncəsinin gerçək yaşamı, mənəvi davamı olaraq ərəyə-ərsəyə gəlib.


 Dost qardaş Pakistan İslam Respublikasının zəngin tarixini, mədəniyyətini, adət-ənənənə özəlliklərini son dərəcə heyranlıq və xüsusi məftunluqla təqdim edən bu kitab keçilməsi mütləq vacib olan dostluq körpüsü kimidir. Hər sətrində Pakistan-Azərbaycan arası tarixi əlaqələrə, dövlət səviyyəsində çağdaş əməkdaşlıq reallığına dərin ehtiram ifadə olunan kitabda Pakistanın inkişaf etmiş İslam Respublikası kimi öz müstəqilliyini qazanmasında, inkişaf etməsində xüsusi əməyi olan, millət atası kimi əziz tutulan tarixi şəxsiyyətlərdən, Pakistanın bənzərsiz mənəvi dünyasından, tarixi abidələrindən, bölgə və əyalətlərindən xüsusi sayğıyla söz açılır. Ən başlıcası, ölkələrimiz arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin gəlişmələri, bu gün dövlət başçıları səviyyəsində bu siyasətin uğurla davam etdirilməsi konkret misallarla geniş oxucu kütləsinə çatıdırlır.


 Müəllif kitab boyu YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən humanitar layihələrin xüsusi əhəmiyyətindən, bu layihələrin dostluq-qardaşlıq ənənələrimizin gəlişməsindəki rolundan dərin səmimiyyət və qədirbilənliklə söz açır. Pakistanınölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması, Parlament səviyyəsində Xocalı Soyqırımını tanıması gerçəkliyi müəllifin ən yüksək qürur hissi ilə diqqətə çatdırdığı dostluq-qardaşlıq təmzi, simvolu kimi dəyərlidir. Ömrününün və ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı illərində Pakistanda, onun fərqli bölgələrində səfərdə olan, istər telejurnalist, istərsə də millət vəkili kimi bu qardaş ölkədə Azərbaycan həqiqətlərini olduğu kimi tanıtmağa yönəli əhəmiyyətli proqramlar həyata keçirən Qənirə Paşayeva şəxsi təəssüratları fonunda Pakistan həyatını, tarixini, mədəniyyətini, müstəqillik savaşını, problem və qayğılarını incə detallarla oxucuya təqdim edə bilib. Pakistan-Azərbaycan arası dostluq və qardaşlığın tarixi ənənələti səhifəsini xüsusi bir sayğı, ehtiram çələngi kimi ərmağan edilən bu kitabda adı kimi pak, zaman-zaman milli dəyərlərə sahiblik edən Pakistan İslam Respublikasınıhər bir oxucu kpnlünün istəyincə görür və tanıyır. Bu, uğurlu, vəfalı bir tanışlıqdır.


Xəbər 1191 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR