“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi təlimlərini davam etdirir. Təlimin dördüncü günü Elit Akademiyasında seminar ilə davam edib.
Gənc jurnalistlər bu gün iki mühazirə dinləyiblər. Öncə Etika Akademiyasının prezidenti Günel İbrahim peşəkar olmaq istəyən gənclərə jurnalist etikasının sirrləri, davranış mədəniyyəti barədə geniş təlim keçib.
İkinci mühazirəçi, Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu isə internet medianın uğurlarından, başlıca hədəflərindən bəhs edib. E.Zahiroğlu internet mediada “olmazsa olmaz”ları sadalayıb.
Hər iki mühazirə qarşılıqlı dialoq çərçivəsində keçib.
Qeyd edək ki, “Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi lahiyəsinin rəhbəri Anar Yusifoğlu, koordinatoru Aqil Ələsgərdir.