Elçin Quliyev Ermənistanla sərhədə gedib

Elçin Quliyev Ermənistanla sərhədə gedib

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sər­hə­dinin mühafizə və müda­fiəsini həyata keçirən "Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlamış, sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşmüş, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirmişdir.

Bu barədə 13:36- Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti, dövlət sər­hədində zəruri sərhəd mühafizə və müdafiə infra­struktu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olunmuşdur.
Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə ke­çi­rilmiş xidməti müşavi­rədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yük­səldilməsi, dövlət sər­hədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edilməsi istiqamətində zəruri tapşırıqlar verilmişdir.
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR