Türkiyəli aktrisa Elçin Sanqu da gözəlliyi ilə ərəblərin diqqətini çəkib.
Aktual.az axşam.az-a istinadən bildirir ki, Sanqu Dubayda keçirilən Beynəlxalq Ərəb Festivalında "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb.
Elçin mükafatını almaq üçün Dubaya yollanıb. Onun üçün məşhur otellərdən birində yer ayıran təşkilatçılar aktrisanı şahzadə kimi qarşılayıblar. Otelin ən lüks otağında qalan Sanqu gəzinti fotosunu sosial şəbəkədə paylaşıb.
O, balina şəklini "Sabahınız xeyir, otağımda bir problem var" şərhi ilə yayımlayıb.
Aktrisanın qaldığı otağın bir günlük qiyməti 27 min 500 lirədir (təxminən 13 min manat). Ərəb pərəstişkarları Sanqunu görmək üçün qaldığı otelin qarşısına toplaşıblar.
Aktual.az
Xəbər 1453 dəfə oxunub.