İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında olacaq.
Aktual.az xəbər verir ki, bu barədə Hafta.az-a E.Behbudov özü məlumat verib: “Bu gün MTN-nin istintaq təcridxanasında Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovla görüşməyi planlaşdırıram. Görüş günorta saatlarında baş tutacaq”.
Qeyd edək ki, R.Məmmədov-Martirosovun hansı maddələrlə ittiham olunduğu bəlli deyil.
Aktual.az