elçikalı deputatlar XİN-in "qara siyahısı"na salınacaq

elçikalı deputatlar XİN-in

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Belçikalı deputatların Dağlıq Qarabağ bölgəsinə etdiyi qanunsuz səfərə münasibət bildirib.

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, Belçikanın Flamand regionunun yerli qanunverici orqanının bir qrup üzvünün adı arzuolunmaz şəxslər siyahısına salınacaq.

Bildirilib ki, 2016-cı ilin 15 mart tarixində Belçikanın Flamand regionunun yerli qanunverici orqanının bir qrup üzvü Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib.

Onun sözlərinə görə, bu səfər “Avropa ermənilərinin ədalət və demokratiya naminə federasiyası” tərəfindən təşkil edilib və federasiyanın prezidenti Kaspar Karampetyan səfər zamanı onları müşayiət edib.

“Qeyd edək ki, bu səfərdə iştirak etmiş regional deputatlar Belçika daxilində və onun hüdudlarından kənarda radikal separatizmi dəstəkləyən baxışlara malikdirlər. Hətta onların bəziləri etnik və dini zəmində nifrəti təşviq edən mövqeləri ilə fərqlənirlər.

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edərək bu şəxslər Ermənistanın Azərbaycana qarşı hərbi gücdən istifadə edərək təcavüzü, ölkəmizin ərazilərinin işğalı və işğal olunmuş torpaqlarda mülki Azərbaycan əhalisinə qarşı törədəilmiş qanlı etnik təmizləmənin nəticəsində yaradılmış qondarma rejimin təşviq olunmasına xidmət edirlər. Bu kimi qeyri-qanuni səfəri həyata keçirərək onlar Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Dövlət Sərhədi haqqında” Qanunlarını və Miqrasiya Məcəlləsini pozublar. Müvafiq araşdırma aparılaraq bu şəxslərin adları arzuolunmaz şəxslər siyahısına salınacaqdır.

Göründüyü kimi, erməni diaspora dairələri də bu kimi təxribatçı əməllərlə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə, regionda davamlı sülh və sabitliyin bərqərar olmasına maneə olmağa çalışır.

Beynəlxalq hüquq, Belçika və Avropa İttifaqının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar mövqeyi ilə ziddiyyət təşkil edən bu əməllər barəsində Belçika Krallığının icraedici və qanunverici orqanlarına etiraz müraciətləri göndəriləcəkdir.

Xəbər 426 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR