Əl Qaidə terror təşkilatının qurucularından sayılan 52 yaşlı Əbu Həsən əl Tunisi Suriyanın İdlib şəhərində öldürülüb.
Axar.az xəbər verir ki, əl Tunisi Suriya ordusu ilə baş verən döyüş zamanı öldürülüb.
Üsamə bin Ladenin yaxın adamlarından sayılan və Əfqanıstan başqa olmaqla bir sıra ölkələrdə döyüşən əl Tunisi 3 il əvvəl Suriyaya gələrəl Nüsra Cəbhəsində döyüşürdü. Əslən tunisli olan terrorçu ABŞ-ın axtarışda olanlar siyahısında yer alırdı.