Əfqanıstanda ABŞ-ın təşkil etdiyi əməliyyatda Əl Qaidənin liderlərindən biri olan Əbu Xəlil əl-Sudani öldürülüb.
Aktual.az xəbər verir ki, Pentaqonun yaydığı açıqlamada əməliyyatın iyulun 11-də Əfqanıstanın cənub-şərqində yerləşən Paktika bölgəsinə reallaşdığı bildirilib.
Açıqlamada qeyd olunub ki, əl-Sudani ABŞ hərbi bazasına hücuma hazırlaşırmış. Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama gələn ilin sonuna qədər Əfqanıstanda əməliyyat aparılmayacağını açıqlamışdı.(axar)