Əl dərisi qış aylarında daha çox quruyur və çatlayır.
Bunun qarşısını almaq üçün əl kremlərindən istifadə etsək də, bir çoxu istənilən nəticəni vermir. Həm də satışda olan kremlərin çoxunun tərkibində insan orqanizmi üçün zərərli olan "paraben" maddəsi var. Bu səbəbdən, əl kremini ev şəraitində, təbii məhsullardan hazırlamaq məsləhətdir.
Aktual.az-ın Publika.az-a istinadən təqdim etdiyi təbii əl kremini sınaqdan keçirin:
Tərkibi:
2 qaşıq vazelin,
2 qaşıq qliserin,
2 qaşıq limon şirəsi,
1 çay qaşığı zeytun yağı.
Hazırlanması:
Əvvəlcə 2 çay qaşığı vazelini kiçik bir boşqaba tökün. Boşqabı qaynayan çaydanın üzərinə yerləşdirin və ya qaynar su ilə dolu başqa bir qabın içinə qoyun.
Vazelin əridikdən sonra qliserini, limon şirəsini və zeytun yağını əlavə edib qarışdırın. Qarışığı təmiz bir qaba doldurub 5 dəqiqə soyuducuda saxlayın. Beləliklə, vazelin donacaq və əl kremi istifadəyə hazır hala gələcək.
Dərini nəmlə təmin edən, C və E vitamini ilə zəngin bu təbii kremi gün ərzində bir neçə dəfə çəkə bilərsiniz.