"Əl-Cəzirə" televiziyasının tanınmış müxbiri Əhməd Mansur Berlinin Tegel hava limanında Qətərə yola düşmək istəyərkən saxlanılıb.
AZƏRTAC xarici KİV-lərə istinadə məlumat verir ki, 52 yaşlı jurnalist Misir hökumətinin tələbi ilə həbs olunub.
Çalışdığı telekanalla əlaqə saxlayan Əhməd Mansur bildirib ki, bazar ertəsinədək nəzarət altında saxlanılacaq və daha sonra alman hakimin qarşısına çıxarılacaq.
Xatırladaq ki, Ə.Mansurun həbsi Misir prezidenti Abdel Fəttah əl-Sisinin Almaniyaya səfəri və kansler Angela Merkellə görüşündən iki həftə sonra baş verib.
Aktual.az