Balakən Gömrük İdarəsinin "Mazımçay” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının əl çantasına gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Aktual.az-a verilən məlumata görə, baxış zamanı həmin çantada gömrük orqanına bəyan olunmayan 1 ədəd "beşbarmaq” aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az Xəbər 437 dəfə oxunub.