"Paxmel”in təsirində, səhər saçını daramadan, üzündəki şişkinliyin keçməsini gözləmədən veriliş(lər) çəkəcək qədər "idimsiz”ləşməsi,
Süni intellektlə videolar düzəldib - yayacaq qədər adiləşməsi,
"Xaç atası”nın qürubundan sonra manat - manat, qəpik - qəpik pul dilənəcək qədər sümsükləşməsi...ondan xəbər verir ki, artıq bu vətən xaininin özü də mənzil başına çatdığını gözəl anlayır və eyniadlı səbəbdən təlaşını, aqressiyasını gizlədə bilmir.
***
Tural elə bir "unikum” xammaldır ki;
Tullantı məhsulu kimi dəfələrlə emala, utilizasiyaya getsə belə,
15 - ci dəfə stəkana salınan birdəfəlik çaylar kimi - qaralığı bir yana qalsın, hətta qaramtıllığını da itirsə belə,
"Podoşva”nın bütün ölənlərinə rəhmət oxutdursa belə,
Çürümüş qoxusu 100 km uzaqdan duyulsa belə....nə təəssüf, hələ də bu "material”ın istifadəsində maraqlı olan qüvvələr var və qalmaqdadır.
***
Bir ara Tural özünü mədəni tənqidçi kimi təqdim etməyə, guya Qabildən, Elşaddan, Orduxandan daha fərqli olduğunu göstərməyə çalışırdı. Arada da leksikonuna bəlağətli ifadələr pərçimləyirdi ki, tam inandırıcı olsun.
Amma sonradan bu astarsız, köksüz, sütunsuz, gensiz və gönsüz məxluqun elə tərəfləri ortalığa çıxdı, maskası elə formada yırtıldı ki, artıq özünü və üzünü gizlədə bilmədi.
Eyni zamanda, məlum oldu ki, Tural nəinki söyüşcül, söyüşə bağlı, söyüşlə qidalanan biridir, hətta söyüşün ÖZÜDÜR, sinonimidir, rəngidir!
Ona görə...hazırda bütün sərhədləri keçərək xislətinə və mahiyyətinə uyğun davranır, küçə davranışı sərgiləyir, əsl gədəlik edir.
Və ən dəhşətlisi: insanların ailə heysiyyatına toxunur.
Azərbaycan qadınına, onun namusuna dil uzadır.
Üstəlik, ailə, qadın, namus, qeyrət mövzusunda danışacaq, danışa biləcək ən son adam olduğunu unudaraq!
Bütün rəqəmsal kodları ilə Kardaşyana bənzədiyini gözdən qaçıraraq!
***
Yaxşı bəs, niyə birdən - birə, qəfil fəallaşıb, bu yaramaz?!
Çünki, sifariş belədir.
Çünki, hikkəbaz Mehdiyev hələ də dayanmır və bəlli kəsimlərə ev dustaqlığından "ev tapşırıqları” ötürür.
Çünki, Tural kimi tulalara verilən təlimat odur ki, dövləti, dövlətçiliyi, Prezidenti ən çox müdafiə edənlər kimlərdirsə, məhz onları hədəf alsınlar və beləcə...həmin vətənpərvər insanların başını öz müdafiələrinə qataraq fikri əsas mövzudan, kontekstdən müvəqqəti də olsa yayındırsınlar.
Çünki, anti - Azərbaycan qüvvələri fərqindədirlər ki, ən mundar və ən alçaq işləri görmək üçün elə məhz Tural kimi mənəviyyatsızlardan, Qabil kimi şizofrenlərdən, Mirzəli kimi "diblər”dən, Elşad kimi "debil”lərdən yararlanmaq lazımdır. Və yararlanırlar da...
Çünki, keçmiş PA rəhbəri ilə Əli Kərimli cütlüyünün ifşası, xaricdəki düşmənlərə pul və tezis ötürən dairələrin ən az 90 faiz civarında aşkarlanması, bütün riyakar xətlərin, tellərin, bağlantıların müəyyənləşməsi, bu gün - sabah Gültəkinin, ardınca isə "söyüş müxalifəti”ndəki siçovulların tezliklə ölkəyə gətiriləcəyinin dəqiqləşməsi artıq bütün "xəyanət kadrosu”nu ciddi şəkildə narahat edib və ona görə də əl - ayaqdadırlar!
Nəhayət:
Çünki, qorxur Tural. Qorxduğu üçün qışqırır Tural. Qışqırdığı üçün özünü ələ verir, bəlli edir, batırır, bitirir, Tural.
Və...gözəl anlayır ki, sondur.
Kim(lər)insə "primıçka”sı ilə xodlananlar üçün də sondur...
"Xodverənlər” üçün də sondur...
Əbləh ağlı ilə "xod getmək” istəyənlər üçün də...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.