Əkrəm İmamoğlu barəsində istintaq başladılıb

Əkrəm İmamoğlu barəsində istintaq başladılıb
  • DÜNYA

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində istintaq başladılıb.
Aktual.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu İmamoğlu barəsində Türkiyə Cinayət Məcəlləsinin 277 və 288-ci maddələri üzrə istintaq başladıb.
İmamoğlunun mətbuat konfransında açıqlamasında ekspertin adının çəkməsinin ədliyyə orqanlarında xidmət edən şəxsə təsir və hədəfə alınma cəhdi olduğu ifadə edilib və bu səbəbdən ona müvafiq maddələrlə cinayət işinin açıldığı qeyd olunub.
Baş Prokurorluq bu istiqamətdə mediada açıqlama verən şəxslərlə bağlı lazımi qərarların verilməsi üçün İstanbul Polis İdarəsinə göstəriş verildiyini də diqqətə çatdırıb.(apa)


Xəbər 108 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR