Yazıçı Əkrəm Əylisli və vəkili Elçin Sadıqov Bakı Şəhər Prokurorluğunda olublar.
Aktual.az APA-ya istinadən xəbər verir ki, vəkil Elçin Sadıqov açıqlamasında bildirib ki, istintaqın tərkibi onlara elan edilib, bu barədə protokol tərtib edilib və növbəti həftədən istintaq hərəkətləri aparılması üçün onları prokurorluğa dəvət edəcəklərini deyiblər.
Qeyd edək ki, Ə.Əylisli martın 30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb, sonra isə sərbəst buraxılıb. Onun barəsində başqa yerə getməməklə bağlı iltizam qətimkan tədbiri seçilib. Yazıçıya qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə qaldırılmış cinayət işi sonradan Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edilib.
Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.