Ekologiyanı pozanlar 31 min cərimələndi

Ekologiyanı pozanlar 31 min cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

ESTN-in mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, noyabrın 1-dən 15-dək aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 103 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 19 müddətli "məcburi göstəriş” verilib.

Ümumilikdə, 22 iş üzrə 31400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 1168 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 192 iş üzrə 29134 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 11, icra qurumlarına 12, məhkəmələrə isə 3 iş göndərilib.
 
Aktual.az
Xəbər 304 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR