ABŞ-da bir qadın müxtəlif illərdə əkiz övladlarını dünyaya gətirib.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, San-Dieqodakı doğum evində dünyaya gələn əkizlərin təkcə anadan olduqları gün deyil, il də üst-üstə düşmür.
Buna səbəb odur ki, Ceylin və Luisa Valensiyalar yeni il axşamında doğulublar. Ceylin 2015-ci ilin son dəqiqələrində dünyaya gəlməyə özünü çatdırıb, onun qardaşı isə iki dəqiqə sonra, artıq 2016-cı ildə doğulub.
Valideynləri doğuşu yanvarın axırlarına planlaşdırıblar, ancaq əkizlər ana bətnində fəsadlar yaradıblar. Həkimlər qərara gəliblər ki, doğuş nə qədər tez olsa, bir o qədər yaxşıdır. Xoşbəxtlikdən biri könhə, digəri yeni ildə yer üzünə qədəm qoyan uşaqlar sağlam doğulublar.
Aktual.az