Əkiz qardaşlar prezident təqaüdçüsü olublar. 2016-2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan əkiz qardaşlar - Nurlan Nəzərəliyev və Rəvan Nəzərəliyev 2016/2017-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası prezidentinin sərəncamına müvafiq olaraq prezident təqaüdçüsü adını qazanıblar.
Bu barədə BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
BANM-in rektoru Elmar Qasımov əkiz qardaşları qəbul edərək onları bir daha təbrik edib və təhsildə uğurlar arzulayıb.
Xatırladaq ki, builki qəbul imtahanında iki qardaş - Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə 700 bal toplayıb. Onların hər ikisi ixtisas seçimində BANM-in "Proseslərin avtomatlaşdırılması mühəndisliyi"ni seçərək Ali Məktəbin tələbəsi olublar.
Qeyd edək ki, əkizlərin qardaşı Rəşad Nəzərəliyev də Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisasında təhsil alır, o, artıq IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Beləliklə, bir ailənin üç övladı BANM-də təhsil alır. Onların hər üçü Xırdalan şəhər 5 saylı tam orta məktəbdə təhsil alıb.