Əkiz bacıları əməliyyatla ayırdılar - FOTO

Əkiz bacıları əməliyyatla ayırdılar   - FOTO
  • DÜNYA

ABŞ-da unikal cərrahiyyə əməliyyatı keçirilib.

Kentukki ştatındakı Luisvill şəhərində yerləşən "Kosair Children`s Hospital"da 7 həftəlik Siam əkizləri 8 saat davam edən əməliyyat nəticəsində ayrılıblar.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, əkiz bacıların iki başı olsa da, onların orta döş qəfəsi və qarınları vardı. Siam əkizlərinin ürəkləri və qaraciyərləri də bir-birləri ilə bağlı idi.

Əməliyyatdan sonra əkiz bacıların sağlıq durumları ilə bağlı proqnozlarda ehtiyatlı olan həkimlər hər şeyə rəğmən, nikbindirlər.

Unikal əməliyyatda 45 cərrah, tibb bacısı və hospitalın əməkdaşları iştirak ediblər.

Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR