Ağdam rayon sakini ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ölüb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Xındırıstan kəndində baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü İsmayılov Tofiq Kamal oğlu kustar üsulla düzəltdiyi silahı yoxlayan zaman ehtiyatsızlıqdan açılan atəş özünə dəyib.
Sağ gözündən güllə yarası alan T. İsmayılov ölüb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 496 dəfə oxunub.