Ehtiyatsızlığından az qaldı ölə

Ehtiyatsızlığından az qaldı ölə

Zərdab Elektrik Şəbəkəsinin əməkdaşını elektrik cərəyanı vurub.

Aktual.az APA-ya istinadən bildirir ki, Zərdab Elektrik Şəbəkəsində işləyən rayonun Yarməmmədbağı kənd sakini, 1984-cü il təvəllüdlü Qoşqar Mahmud oğlu Vahidov iş vaxtı ehtiyatsızlıq edib. Nəticədə onu elektrik cərəyanı vurub. Ağır vəziyyətdə Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Q. Vahidov oradan təcili tibbi yardım maşını ilə Bakıya aparılıb. Zərdab Elektrik Şəbəkəsinin müdiri faktı təsdiqləyib, məzuniyyətdə olduğu üçün hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi barədə hələlik dəqiq məlumatı olmadığını bildirib. Faktla bağlı araşdırma aparılır.

Xəbər 553 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR