ADİHİ rəhbəri 112 Saylı Qax Seçki Dairəsindən namizədliyini irəli sürmək qərarına gəlib
Şimali Kiprdə işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ötən gün Kiprin Diyalog Televiziya Kanalının qonağı olub. “Odak Noktası” proqramının canlı yayımına qatılan Əhməd Şahidov tanınmış aparıcı Mert Özdeşin suallarını cavablandırıb və Azərbaycan-Türkiyə-Şimali Kipr münasibətlərindən danışıb.
1 Noyabrda keçiriləcək Milli Məclisə seçkilər barədə ətraflı danışan Əhməd Şahidov Azərbaycanda gənclərə yaradılan şəraitdən bəhs edib və dövlətin idarəçiliyində gənclər üçün səmərəli şəraitin yaradıldığını söyləyib.
İlk dəfə olaraq, Kipr televiziyasında bu barədə açıqlama verən Əhməd Şahidov 1 Noyabr seçkilərində iştirak edəcəyini və Qax rayonundan deputatlığa namizədliyini irəli sürəcəini bildirib.