Əhməd Şahidov Azərbaycanın gənclər siyasəti barədə danışıb – Kipr Televiziyasına müsahibə

Əhməd Şahidov Azərbaycanın gənclər siyasəti barədə danışıb   – Kipr Televiziyasına müsahibə

Hüquq müdafiəçisi Azərbaycan gənclərinin elm, təhsil, idman və mədəniyyət sahəsindəki uğurlarından danışıb

Şimali Kipr Türk Cümhuriyyətində işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ADA TV-nin səhər proqramının qonağı olub.

Gözde Bekir Akbenin suallarını cavablandıran ADİHİ rəhbəri Azərbaycanda gənclər siyasəti və gənclərin rolundan danışıb, idman, mədəniyyət sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib, xaricdə təhsil alan azərbaycanlı tələbələr haqqında söz açıb.

Azərbaycanda gənc olmağın üstünlüklərindən danışan Əhməd Şahidov savadlı, intellektual və vətənpərvər gənclərin hər zaman bir addım irəlidə olduqlarını və Azərbaycanda dövlətin idarə olunmasında gənclərin irəli çəkildiyini vurğulayıb.

Xəbər 1233 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR