Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, millət vəkili Qüdrət Həsənquliyev Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyənin ölkəmizdəki səfiri Birol Akgünə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türk xalqina dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət, xəsarət alanlara şəfa diləyib.