Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Gənclərlə İş Şöbəsinin müdiri Günel Məmmədovanın deputatlığa namizədliyi 109 saylı Qazax seçki dairəsindən irəli sürülüb.
Bununla bağlı "AXC TV.az” saytına məlumat verən Günel Məmmədova bildirib ki, ƏHD Partiyasının səlahiyyətli nümayəndəsi seçki məcəlləsinin tələblərinə uyğun addımlar atır:
”Uzun müddətdir ki, mən ƏHD Partiyasının üzvüyəm. İlk olaraq çox hörmətli Qüdrət bəyə təşəkkür edirəm ki, mənə böyük ehtimad göstərib. Mən həm də ƏHD Partiyasının deputatlığa namizədləri arasında yeganə xanım namizədəm. Artıq seçki hesabım açılıb. İmza vərəqələrinin verilməsini gözləyirik. ƏHD Partiyasının çox güclü Qazax şöbəsi var. Çox qısa müddət ərzində 500 imzanı toplayıb, təhvil verəcəyik”.
Xəbər 691 dəfə oxunub.