Əhaliyə xəbərdarlıq: zəng vurmayın!

Əhaliyə xəbərdarlıq:   zəng vurmayın!

Hökumət Brüssel sakinlərini telefon zəngləri etməkdən çəkindirib. 

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Krizis mərkəzi yaydığı məlumatda mobil şəbəkənin yüklənməməsi üçün sakinlərdən mümkün qədər telefon zəngləri etməməyi xahiş edib. 

"Zəng vurmayın. Mətn mesajları göndərin, yaxud sosial şəbəkədən istifadə edin. Xətlər çox yüklənir", -  Mərkəzin rəsmi Twitter hesabında yazılıb. 

Şəhərin tunelləri bağlıdır, açıq bazarlar da fəaliyyətini dayandırıb. 

Xatırladaq ki, bu səhər Belçikanın paytaxtında aeroport və metroda silsilə partlayışlar olub, 28 nəfər ölüb, 81 nəfər yaralanıb. 

Aktual.az

Xəbər 661 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR