Əhaliyə ŞAD XƏBƏR: İstilik problemi həll olundu -Yenilənib

Əhaliyə ŞAD XƏBƏR: İstilik problemi həll olundu  -Yenilənib

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbəlayev Trend-ə bildirib ki, qazanxanalara qazın verilişi sabahdan etibarən tam bərpa ediləcək: “Azəristiliktəchizat” borcunu tam ödəməsə də, razılığa gəldik ki, qazın verilişini bərpa etmək lazımdır. Bu günədək borcu az olan qazanxanaları qazla təmin edirdik, lakin sabahdan etibarən qazın verilişini tam bərpa edəcəyik".

Qeyd edək ki, daha əvvəl "Azəriqaz" İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev bildirmişdi ki, "Azəristiliktəchizat” ASC-nin "Azəriqaz"a borcunun həcmi 43 milyon manat təşkil edir, onun 10 milyon manatı köhnə borc, qalan 33 milyon manat isə 2011-2015-ci illər ərzində yığılıb.

17:20

Hökumət borc qalmaqalına müdaxilə etdi

"Azəristiliktəchizat" ASC "Azəriqaz" İstehsalat Birliyi qarşısında yaranmış öhdəliyini yerinə yetirməyib, lakin hökumətin qərarına əsasən, ASC-nin qazanxanalarına qaz verilişi bu gündən bərpa olunacaq.
Bunu "APA-Economics"ə açıqlamasında "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib.

"Azəristiliktəchizat" "Azəriqaz"a olan borcunu ödəməyib, amma borcun ödənilməsi ilə bağlı müvafiq razılıq əldə olunub. Bilirsiniz ki, biz "Azəristiliktəchizat"ın az miqdarda borcu olan qazanxanalarını qazla təmin edirdik. Bu günün sonunadək isə bütün qazanxanalar qazla təmin olunacaq", - deyə İ. Kərbəlayev bildirib.

Xəbər 767 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR