Əhalinin sayı 10 milyona yaxınlaşır

Əhalinin sayı 10 milyona yaxınlaşır

Dövlət Statistika Komitəsi Azərbaycanda əhalinin sayı ilə bağlı ən son rəqəmi açıqlayıb.

Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin sonuna olan məlumata görə, ölkə əhalisinin sayı 103,8 min nəfər və ya 1,1 faiz artıb. Son statistikaya görə, indi Azərbaycanda 9 milyon 696 min 800 nəfərə əhali yaşayır.

Əhalinin 53,1%-ni şəhər, 46,9%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə orta hesabla 1009 qadın düşür.

Xəbər 388 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR