“6 438 şikayət daxil olub”.
2015-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlardan 6 438 şikayət daxil olub.
Aktual.Az xəbər verir ki, Trend-in məlumatına görə, bunu mətbuat konfransında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbəri Fuad Əlizadə deyib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb:
“Şikayətlər əsasən işverənlərin əmək haqlarını gecikdirmələri ilə bağlıdır”.