Əgər Putin Ukraynada qalib gəlsə... - Stoltenberq

Əgər Putin Ukraynada qalib gəlsə... - Stoltenberq
  • DÜNYA

Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli Qərb raketlərindən istifadə etməyə icazə verib-verməməsi ayrı-ayrı ölkələrdən asılı olacaq.
Aktual.az xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq LBC telekanalına müsahibəsində deyib.
"Bu qərarlar alyansın ayrı-ayrı üzvlərinin qəbul etməli olduğu qərarlardır, lakin bizim bu məsələlərlə bağlı yaxından məsləhətləşməyimiz vacibdir”, - o bildirib.
Eyni zamanda, o vurğulayıb ki, müharibədə risksiz heç bir seçim yoxdur.
"Avropada Moskvanın başladığı genişmiqyaslı müharibə var, amma inanıram ki, bizim üçün ən böyük risk Ukraynada Prezident Putinin qələbəsi olacaq”.
Xəbər 118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR