"Əgər İŞİD-ə üzvsünüzsə, sizi ölüm gözləyir"

  • DÜNYA

ABŞ ordusunun sözçüsü polkovnik Stiv Uorren müxbirlərlə söhbəti zamanı İŞİD-in 20 min kvadrat kilomertlik əraziyə nəzarətini itirdiyini deyib.

Aktual.az Milli.Az-a istinadən bildirir ki, Amerikanın başçılıq etdiyi koalisiya qüvvələrinin ötən ilin dekabr ayında İraq və Suriyada 2500 yaraqlını öldürdüyünü bildirib.

Polkovnik Stiv Uorren "İslam dövləti"nin may ayından bəri heç bir ərazini ələ keçirmədiyini bildirib.

"İŞİD-in məğlubiyyət yolunda olduğuna inanırıq. Əgər İŞİD-ə üzvsünüzsə, sizi ölüm gözləyir. Bizim hədəfimiz budur", - deyə Uorren sözünə davam edib.

Sözçü koalisiya qüvvələrinin hücumlarını intensivləşdirməsinin "İslam dövləti"nin neft hasilatına ciddi təsir göstərdiyini və onların əldə etdiyi gündəlik 45 min barrel neftin 34 min barrelə endiyini bildirib.

Keçən həftə "İslam dövləti" Bağdadın qərbində yerləşən Ramadi şəhərindən çıxarılıb.

İŞİD terrorçuları intiharçılar, tələlər və snayperlərdən istifadə edərək İraq qüvvələrinin irəliləməsinin qarşısını almağa çalışıblar.

Onlar bu məqsədləri üçün mülki vətəndaşlardan qalxan kimi istifadə ediblər.

Uorren İraq qüvvələrinin Ramadini təmizləyərkən mülki əhalinin kütləvi şəkildə qətlə yetirildiyinin aşkar edildiyini deyib.

Xəbər 566 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR