Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamın icrası başa çatıb.
Aktual.az-ın "Report"a istinadən məlumatına görə, sərəncam 210 nəfərə şamil edilib.
Azadlığa buraxılan, həmçinin, sərəncamın digər müvafiq müddəaları şamil edilən şəxslər Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.