Müraciətlərin bir hissəsi araşdırılıb.
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Aktual.az xəbər verir ki, bu barədə APA-ya komissiyanın üzvü Mehdi Mehdiyev məlumat verib.
O bildirib ki, iclasda komissiyaya daxil olan müraciətlərin bir hissəsi araşdırılıb, rəylər verilib.
M.Mehdiyev qeyd edib ki, komissiyanın iclasları davam edəcək.