Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam etdirilir.
Aktual.az APA-ya istinadən xəbər verir ki, bu barədə komissiyanın üzvü, deputat Məlahət İbrahimqızı məlumat verib. M. İbrahimqızı komissiyanın bir neçə iclasının keçirildiyini bildirib.
Qeyd edək ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Azərbaycanda növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.
Əfv Komissiyası müraciətlərin araşdırılmasını başa çatdırdıqdan sonra siyahı dövlət başçısına təqdim olunacaq .