Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Aktual.az xəbər verir ki, Komissiyanın üzvü Rəşad Məcid Trend-ə bildirib ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb.
Onun sözlərinə görə, Əfv Məsələləri Komissiyasının növbəti iclası da bu həftə keçiriləcək.
Qeyd edək ki, ümumilikdə Komissiyaya 800-dən artıq müraciət daxil olub.
Aktual.az
Xəbər 533 dəfə oxunub.