Əfsanəvi qapıçı intihara cəhd etdi

Əfsanəvi qapıçı intihara cəhd etdi
  • İDMAN

Aktual.az Qafqazinfo -ya istinadən xəbər verir ki, Kolumbiya yığmasının keçmiş qapıçısı Farid Mandraqon intihara cəhd edib.

44 yaşlı Mandraqon xeyli dozada antidepresant dərman qəbul edib. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və hal-hazırda müalicəsi davam etdirilir.

Əfsanəvi qapıçı intihara cəhddən əvvəl şəxsi İnstagram hesabında kiçik qeyd də paylaşıb:

“Öz həyatım haqda qərarı yalnız özüm verə bilərəm. Və ətrafdakıların məni günahlandırmağından yorulmuşam, özümü qorumaq imkanım yoxdur”.

Lakin az sonra Mandraqon bu qeydi silib.

Xatırladaq ki, Mandraqon Türkiyənin məşhur “Qalatasaray”, İspaniyanın “Saraqosa”, Almaniyanın “Köln” klublarının şərəfini qoruyub. O, 2014-də ildə öz karyerasını doğma klubu “Deportivo”da başa vurub. 

Aktual.az 

Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR