Əfqanıstanın paytaxtı atəşə tutuldu

Əfqanıstanın paytaxtı atəşə tutuldu
  • DÜNYA

Əfqanıstanın paytaxtı Kabil raket atəşinə tutulub.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, mərmilərdən ikisi ABŞ və İspaniya səfirliyinin ərazisinə, üçüncüsü isə şəhərin mərkəzinə düşüb.

Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, dekabrın 21-də Baqram şəhərində, NATO bazası yaxınlığında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ABŞ-Əfqanıstan müştərək patrulunun 5 əsgəri həlak olub, 6-sı yaralanıb. Hadisəyə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. 
Sosial səhifələrdə paylaş 

Aktual.az

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR