Əfqanıstandakı terrorçu qruplaşmaların sayı açıqlanıb

Əfqanıstandakı terrorçu qruplaşmaların sayı açıqlanıb
  • DÜNYA

 Əfqanıstanda 20-dən artıq terrorçu qruplaşma fəaliyyət göstərir.

"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu MDB-yə üzv dövlətlərin antiterror mərkəzinin rəhbəri Andrey Novikov müşavirədə deyib.
O, fevralın 19-da MDB-yə üzv ölkələrin Antiterror mərkəzlərinin rəhbərlərinin müşavirəsində bildirib: "Tərəfdarlarımızın qənaətincə, təkcə Əfqanıstanda 20-dən artıq terrorçu qruplaşma fəaliyyət göstərir. Biz onların ideoloji və siyasi cəhətdən birmənalı olmadığını, maraqlarının ziddiyyətli məqamlarını, habelə ümumi mütəşəkkil cinayətkarlıqla əlaqələrini tamamilə dəyərləndirə bilərik”.
A.Novikov vurğulayıb ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik, xüsusi xidmət və hüquq-mühafizə orqanları Suriya-İraq, Əfqanıstan-Pakistan zonalarında vəziyyətin mürəkkəb olduğunu bildirirlər.
Qeyd edək ki, müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan və Ermənistan nümayəndələri iştirak ediblər. 
Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR